"Mançester Yunayted"in yarımmüdafiəçisi Ceydon Sanço uzun fasilədən sonra əsas komanda ilə məşqlərə qayıdıb.
Apasport.az saytı xəbər verir ki, baş məşqçisi Erik ten Haaqın düşərgədən kənarlaşdırdığı 23 yaşlı futbolçuya artıq fiziki cəhətdən gücləndiyi üçün bu icazə verilib.
Niderlandda fərdi hazırlıq keçən Sanço çalışdırıcının ümidini doğrultacağına inanır.
Qeyd edək ki, 2021-ci ilin yayında 85 milyon avroya Almaniyanın "Borussiya" (Dortmund) klubundan "qırmızı şeytanlar"a keçən futbolçunu Haaq fiziki cəhətdən zəif olduğunu düşündüyü üçün komandadan kənarlaşdırmışdı. O, sonuncu dəfə oktyabrın 22-də “Çelsi” ilə oyunda meydana çıxıb.
- Rza Cəfərov: "Mənə daha doğma gəldiyi üçün "Qəbələ"ni seçdim"
- Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun 1/4 finaldakı rəqibləri bəlli olub
- Yurgen Klinsmann yenidən millidə
- Taekvondo üzrə dünya çempionatının Təşkilat Komitəsinin iclası keçirilib
- Dünya çempionatında iştirak edəcək cüdoçularla görüş keçirilib