"Sassuolo" baş məşqçisini qovdu
                    
                    26.02.2024 - 09:26
                        
                    
                    İtaliya A seriyasında daha bir baş məşqçi dəyişikliyi gerçəkləşib.
Apasport.az xəbər verir ki, “Sassuolo” Alessio Dionisini istefaya göndərib.
Bu barədə klubdan rəsmi açıqlama verilib. Sözügedən vəzifəyə müvəqqəti olaraq klubun gənclər komandasına rəhbərlik edən Emiliano Bikiqe təyin olunub.
Qeyd edək ki, 43 yaşlı Dionisi 2021-ci ilin iyulundan “Sassuolo”ya rəhbərlik edirdi. Son 5 matçının 4-də məğlub olub yalnız 1-də heç-heçə oynayan A seriyası klubu hazırda topladığı 20 xalla 17-ci pillədə qərarlaşıb.
- Cavid Hüseynov: “Sadəcə səthi yanaşırsız bu işlərə. Əsasən də…”
 - Arif Əsədov: “Aşağı yaş millilərimizin ardıcıl məğlub olmaları təsadüfi deyil”
 - Ceferin dünya çempionatında komanda sayının artırılmasına qarşıdır
 - Orxan Əliyev: "İstədiyimiz futbolu göstərə bilmədik" - Müsahibə
 - Millimizin üzvünə İsveçdən təklif var
 
                                
                                0
                                
                                0