Selçuk İnan istefa verib
10.05.2025 - 16:57
Türkiyənin "Qaziantep" klubunun baş məşqçisi Selçuk İnan istefa verib.
Apasport.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
40 yaşlı mütəxəssisin öz istəyi ilə müqaviləsinin ləğv olunduğu bildirilib.
Qeyd edək ki, Selçuk İnan ötən ilin mart ayında "Qaziantep"in baş məşqçisi təyin olunmuşdu. Komanda hazırda Super Liqada 35 turdan sonra 42 xalla 12-ci pillədə qərarlaşıb.
- Qələbələrini Azərbaycana həsr edən türk idmançılar səfirliyimizdə - FOTO
- "Neftçi" 3 cavabsız qolla qalib gəldi - YENİLƏNİB
- Azərbaycan parakarateçiləri Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycanlı qadın şahmatçı Ermənistan təmsilçisinə qalib gəldi
- Millimizin İsveç sindromu: Qolsuz və xalsız 270 dəqiqə
0
0