Sərgən Yalçın yenidən "Beşiktaş"da
26.12.2023 - 14:33
“Beşiktaş” Sərgən Yalçını yenidən baş məşqçi kimi görmək istəyir.
Apasport.az xəbər verir ki, bu haqda açıqlamanı klubun sözcüsü Feyyaz Uçar verib.
O, komanda rəsmilərinin bu posta namizədləri sırasında Sərgənin də yer aldığını və 51 yaşlı mütəxəssislə danışıqların davam etdiyini bildirib.
Sözcü rəhbərliyin yanvarın 7-də “Kasımpaşa” ilə ev matçına yeni baş məşqçi ilə çıxmağı hədəflədiyini vurğulayıb.
Qeyd edək ki, Sərgən Yalçın 2020-ci ilin yanvar ayından 2021-ci il dekabrın 9-na qədər “Beşiktaş”ın sükanı arxasında olub.
- "Borussiya" yarımmüdafiəçisi ilə yeni müqavilə imzalayıb
- Zelim Kotsoyevdən İslamiadada gümüş medal - FOTO
- Menecer: “Dzyuba “Qarabağ” və ya “Neftçi”yə keçə bilərdi”
- Heydər Əliyevin xatirəsinə həsr olunmuş həndbol üzrə beynəlxalq turnir keçiriləcək
- Şahin Diniyev: "Daha yuxarı yerlərə layiq komandayıq"
0
0