Serxio Ramosun vəliəhdi İngiltərə yolunda
13.02.2025 - 01:23
"Real Madrid"in müdafiəçisi Raul Asensio karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Nottingem Forest" ispan futbolçunu transfer etmək istəyir.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Premyer Liqa klubu 21 yaşlı mərkəz müdafiəçisi üçün 40 milyon avronu gözdən çıxarıb.
Oyunçu azarkeşlərə görə, "Real"ın sabiq kapitanı Serxio Ramosun vəliəhdidi.
Qeyd edək ki, Raul Asensio "Real"ın yetirməsidir. Gənc oyunçu bu mövsüm "kral klubu"nun heyətində meydana çıxdığı 31 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
- Metropoliten rəhbərliyi azarkeşləri nəzərə aldı
- Azərbaycanlı idmançının döyüşü dünyanın vacib yarışlarından biridir
- Adrian Pit Regekampfın “Neftçi”dən göndərilməsinin səbəbini açıqladı - MÜSAHİBƏ
- Azərbaycanın FİFA referilərinin siyahısı: Cabarovu Umudlu əvəzlədi
- Millimizin III MDB Oyunları üçün heyəti açıqlanıb
0
0