Serxio Riko PSJ-nin oyununda
29.11.2023 - 12:05
PSJ-nin qapıçısı Serxio Riko xəstəxanadan çıxandan sonra ilk dəfə klubun ev oyununu stadiondan izləyib.
Apasport.az xəbər verir ki, 30 yaşlı qolkiper Çempionlar Liqasının V turunun “Nyukasl”la matçında tribunada olub.
Mayın 28-də futbolçu atdan yıxıldıqdan sonra başından zədə alıb. Hadisə vaxtı at dırnağı ilə futbolçunun boynunu əzib.
Qapıçıya beyin qanaması diaqnozu qoyulub və sonradan komaya düşüb. Avqustun əvvəlində beyin anevrizmasının çıxarılması üçün əməliyyat olunan futbolçu yayın sonunda xəstəxanadan buraxılıb.
- Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümünün püşkü atılacaq
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Azərbaycan Nyu-Yorkda 15 şahmatçı ilə təmsil olunur
- Daha bir millinin qapıçısı Premyer Liqaya keçdi
- “Neftçi” “Rapid”in sabiq baş məşqçi ilə müqavilə imzaladı
0
0