“Mançester Yunayted”in hücumçusu Benjamin Şeşko yenidən zədələnib.
Apasport.az xəbər verir ki, 23 yaşlı sloveniyalı forvardın baldır nahiyəsində problem yaranıb.
Şeşko eyni zədə səbəbindən mövsümlərarası hazırlıq prosesinin bir hissəsini də buraxmışdı. Futbolçunun tam bərpası üçün müəyyən müddətə ehtiyac olduğu bildirilir.
“Mançester Yunayted” hücumçunun əlavə tibbi müayinələrinin nəticələrini gözləyir. Bundan sonra onun müalicə və bərpa proqramı müəyyənləşdiriləcək.
Şeşko zədə səbəbindən Sloveniya millisinin düşərgəsini də tərk edib.
Qeyd edək ki, “Mançester Yunayted” növbəti oyununu oktyabrın 10-da “Tottenhem”ə qarşı keçirəcək. Şeşkonun həmin matçda iştirak edib-etməyəcəyi əlavə müayinələrdən sonra dəqiqləşəcək.
- Basketbol Federasiyası məşhur portalla müqavilə imzaladı
- Koutinyo Qətər klubu ilə razılığa gəldi
- Ölkə çempionatında qız boksçuların yarışı başa çatıb
- Ramin Quliyev: “Qarabağ" belə çətinliklərlə çox üzləşib” - MÜSAHİBƏ
- Avropa Liqasında "Fənərbaxça", "Qalatasaray" və "Beşiktaş"ın rəqibləri müəyyənləşib