"Fənərbaxça" uğurlu futbolçusu Sebastian Şimanski üçün tələb olunan transfer haqqını yeniləyib.
Apasport.az "Sabah" qəzetinə istinadla xəbər verir ki, "sarı-lacivərdlilər" müştəriləri artan Şimanskinin transfer qiymətini rekord həddə çatdırıb.
"Bayer", "Arsenal", "Mançester Yunayted" və "Tottenhem"in iddialarından sonra Şimanski ilə ən son maraqlanan komandanın "Milan" olduğu qeyd olunub.
Daha əvvəl polşalı futbolçunun transfer qiymətini 20 milyon avro olaraq təyin edən "Fənərbaxça"nın bu rəqəmi 25 milyon avroya yüksəltdiyi bildirilib.
"Fənərbaxça" Şimanskini 25 milyon avroya satarsa, polşalı futbolçu "bülbüllər"in tarixinə ən yüksək qiymətli transfer satışı kimi düşəcək.
Qeyd edək ki, bu mövsüm bütün yarışlarda 40 matça çıxan Şimanski 12 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.
- Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib - FOTO
- Yaponiya “Sumo Expo 2025”də Bakıda keçiriləcək dünya çempionatının təqdimatı baş tutub - FOTO
- İspaniya üçün Avstriya sınağı - Son pley-off cütü rəsmiləşdi
- DÇ-2022 ilə bağlı yenilik: Paltardəyişmə otaqlarından yayım
- "Arsenal"dan yeni transfer həmləsi