"Mançester Siti" heyətini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Premyer liqa təmsilçisi "Nottingem Forest"dən Elliot Andersonu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Şəhərlilər" Elliot üçün qarşı tərəfə 135 milyon avro təzminat ödəyəcək. 23 yaşlı yarımmüdafiəçi ilə 2031-ci ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Nottingem Forest" Elliot Andersonu 2024-cü ilin yayında "Nyukasl"dan 41 milyon avroya transfer etmişdi. İngiltərə millisinin üzvü 2025/26 mövsümündə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Barsa” Braziliya millisinin üzvü ilə müqavilə yeniləyəcək
- Qurban Qurbanovun mətbuat konfransının tarixi bəlli olub
- Ayxan Abbasov: "Bu qələbə bizi daha da irəli apardı"
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- DÇ-2026-nın ən yaxşı futbolçusu: “Qızıl top” Rodriyə verildi