“Siti”dən 60 milyon avroluq həmlə
16.01.2025 - 21:27
Futbol üzrə İngiltərə Premyer Liqası komandalarından “Mançester Siti” heyətini gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, Mançester təmsilçisi “Yuventus”dan Andrea Kambiasonu transfer etməyi planlaşdırır.
“Qoca sinyora” 24 yaşlı sol cinah müdafiəçisini satmaq istəməsə də, uyğun təklif gələcəyi təqdirdə bu keçidə icazə verə bilər.
Premyer Liqa klubu oyunçu üçün 60 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Kambiaso “Yuventus”a 2022-ci ildə 13 milyon avro qarşılığında “Cenoa”dan transfer olunub.
- “Neftçi”yə qol vuran hücumçu: “Cavab oyununda daha yaxşı işlər görəcəyik”
- "Sumqayıt” Tovuzdan 3 xalla qayıdır - YENİLƏNİB
- Millinin baş məşqçisi: "Basketbolçularımız Ermənistanla matçda məsuliyyət hiss edirdilər"
- "Qalatasaray" cari mövsüm Super Liqada yeni rekorda imza atdı
- Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib
0
0