“Siti”nin futbolçusu “Barselona”nın radarında
14.01.2026 - 00:36
"Mançester Siti"nin kapitanı Bernardo Silva karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Barselona" portuqaliyalı futbolçunu heyətinə qatmaq istəyir.
Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Silvanın İngiltərə klubu ilə müqaviləsi yayda başa çatır. Bunu nəzərə alan "Barselona" 31 yaşlı yarımmüdafiəçi ilə yanvarda razılıq əldə etməyi planlaşdırır.
Qeyd edək ki, "Mançester Sİti" Bernanrdo Silvanı 2017-ci ilin yayında "Monako"dan transfer edib.
0
0