"Mançester Siti"nin futbolçusu Farid Alfa-Ruprext karyerasını Almaniyada davam etdirməyə yaxındır.
Apasport.az xəbər verir ki, "Bayer" almaniyalı vingerin transferini yekunlaşdırmaq üzrədir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Artıq klublar arasında razılıq əldə olunub. "Bayer" Ruprext üçün İngiltərə klubuna 5,8 milyon avro təzminat ödəyəcək. "Şəhərlilər" 19 yaşlı oyunçunun növbəti satışından da 40 faiz gəlir əldə edəcək.
Qeyd edək ki, "Mançester Siti" Farid Alfa-Ruprexti 2022-ci ilin yayında "Hamburq"un akademiyasından transfer edib. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.
- Krunoslav Renduliç: "Məqsədimiz mövsümü 2-ci yerdə bitirməkdir"
- İtaliya 6-cı klubunu da ÇL-yə göndərə bilər
- Avropa Oyunları gündəliyi: İDMANÇILARIMIZIN KRAKOV SINAĞI
- Türkiyə klubunda ata-oğul transferləri – Övladlarını komandaya gətirdilər
- Azərbaycanın daha bir boksçusu dünya çempionatında yarımfinala yüksəlib