Argentina millisinin baş məşqçisi Lionel Skaloni DÇ-2026-nın yarımfinalında İngiltərəyə qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.
Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis rəqibin gücünü etiraf etsə də, komandasının finala yüksəlmək üçün əlindən gələni edəcəyini bildirib:
“Rəqibin heyətində çox keyfiyyətli futbolçular var və biz onların təsirini minimuma endirməyə çalışacağıq. İndiyədək əldə etdiklərimizi yüksək qiymətləndirməliyik. Finala yüksəlmək üçün meydanda son gücümüzə qədər mübarizə aparacağıq. Qarşıya qoyduğumuz məqsədlərə çatmaq üçün kifayət qədər istək və ambisiyamız var”.
Skaloni komandasının oyun fəlsəfəsindən də danışıb: “Əsas ideyamız topa sahib olmaqdır. Topu itirdiyimiz anlarda isə bundan mümkün qədər az əziyyət çəkməyə çalışacağıq”.
Qeyd edək ki, İngiltərə – Argentina yarımfinal görüşü bu gün ABŞ-nin Atlanta şəhərindəki “Mercedes-Benz Stadium”da keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
- Bakıda gənc futbolçular üçün yeni təlim-hazırlıq mərkəzi yaradılacaq
- Futbola görə yaranan iğtişaşa görə Fransada 170 adam saxlanılıb
- "Formula 1": Beynəlxalq KİV nümayəndələri üçün media tur təşkil edilib
- Məhəmməd Abduallayev: “Avropa Oyunlarında qızıl medala iddialıyam”
- KL: "Samsunspor" evdə məğlub oldu - YENİLƏNİB