“Sportinq” 24 yaşlı oyunçusu ilə yeni müqavilə imzalayıb
14.12.2025 - 00:49
“Sportinq” mərkəz müdafiəçisi Qonsalo İnasio ilə yeni müqavilə bağlayıb.
Apasport.az xəbər verir ki, bu barədə Portuqaliya klubunun rəsmi saytı məlumat yayıb.
Yeni sözləşməyə əsasən, 24 yaşlı futbolçu 2030-cu ilin yayına qədər Lissabon təmsilçisinin formasını geyinməyə davam edəcək.
Qeyd edək ki, Qonsalo İnasio cari mövsümdə bütün turnirlər üzrə 19 oyunda meydana çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Hazırda “Sportinq” Portuqaliya çempionatında 13 turdan sonra 32 xalla ikinci pillədə qərarlaşıb. Turnir cədvəlinin lideri isə 37 xala malik “Portu”dur.
- Azərbaycanda Beynəlxalq Xizək Alpinizmi Federasiyasının Plenar Assambleyası keçirilib - FOTO
- Basketbol üzrə Azərbaycan Kubokunda mövsümə bu gün start veriləcək
- AVF-in sabiq vitse-prezidenti vəfat etdi
- "Qarabağ" Çempionlar Liqasıyla vidalaşdı - YENİLƏNİB
- Azərbaycan taekvondoçusu Avropa çempionu oldu - FOTOLENT
0
0