Super Liqa klubu baş məşqçisi ilə yollarını ayırıb
05.10.2025 - 17:25
Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.
Apasport.az xəbər verir ki, “Eyüpspor” klubu Selçuk Şahinlə yollarını ayırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
44 yaşlı mütəxəssislə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib.
Qeyd edək ki, Selçuk Şahin mövsümün əvvəlində “Eyüpspor”un baş məşqçisi təyin olunmuşdu. İstanbul təmsilçisi Super Liqada 8 turdan sonra 5 xal toplayaraq turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.
- “Arsenal” istəyir, “Real” buraxmır – Vinisiusla yeni müqavilə imzalanacaq
- Makaleledən vida - "Çelsi"də istefalar davam edir
- Qurban Qurbanov: “Viktoriya”nın yalnız qapanacağını düşünmək yanlış olar”
- Yığmamız Dünya Seriyasının yarımfinal mərhələsində
- Bölgə klubu braziliyalı oyunçusu ilə yollarını ayırdı - Rəsmi
0
0