Super Liqa klubunda yeni təyinat
13.01.2026 - 20:27
Super Liqa klubunda yeni təyinat

Türkiyə Super Liqa təmsilçisi "Eyüpspor"un yeni baş məşqçisi bəlli olub.

Apasport.az xəbər verir ki, komandaya Atila Gerin rəhbərlik edəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

57 yaşlı mütəxəssislə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Atila Gerin komandada köməkçi məşqçi vəzifəsində çalışırdı. "Eyüpspor" bir neçə gün öncə Orhan Akı istefaya göndərib.