Super Liqada növbəti ayrılıq
27.01.2024 - 12:24
Türkiyə Super Liqa komandalarından olan "Kayserispor" baş məşqçi Rəcəb Uçarla yollarını ayırıb.
Apasport.az xəbər verir ki, klubdan verilən açıqlamada Uçarla qarşılıqlı razılaşma nəticəsində yollarını ayırdıqları bildirilib.
Uçar "Kayserispor"un "sükanı arxasında" 21 matça çıxıb . Kayserililər bu görüşlərdə 9 qələbə, 10 məğlubiyyət və 2 heç-heçə edib.
Digər tərəfdən sarı-qırmızılı komandanın baş məşqçi postu üçün Burak Yılmazla görüşdüyü və Yılmazın sabah şəhərə gələcəyi iddia edilib.
Qeyd edək ki, bu, Türkiyə Super Liqasının 2023-2024-cü il mövsümündə 21-ci məşqçi gedişi olub.
- Şəhriyar Əsgərov: “Məqsədimiz uğurlu nəticələr qazanmaqdır”
- "Fənərbaxça" - "Kasımpaşa" matçına diqqət çəkən təyinat: İllər sonra ilk dəfə
- Azərbaycan şahmatçısı ABŞ-da qələbə qazanıb
- Paris-2024: Azərbaycan ilk lisenziyanı qazandı - FOTO
- Giorgi Kantariya: "Azərbaycan Premyer Liqasını çox bəyənirəm" - Müsahibə
0
0