Tanınmış futbolçu zədəələnib: 1 ay meydandan kənarda qalacaq
29.12.2025 - 14:56
“Betis”in yarımmüdafiəçi İsko dizindən aldığı zədə səbəbindən sıradan çıxıb.
Apasport.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
33 yaşlı futbolçu təxminən bir ay komandasına kömək edə bilməyəcək. O, artroskopik (oynaqda kiçik kəsiklər) əməliyyat olunacaq.
İsko zədəni UEFA Avropa Liqasının ümumi mərhələsində Niderlandın “Utrext” klubuna qarşı keçirilən matçda alıb. O, 2025/26 mövsümündə iki oyunda iştirak edib və bir məhsuldar ötürmə verib.
İspaniyalı futbolçunun “Betis”lə müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir.
- "Araz-Naxçıvan" "Qəbələ"nin müdafiəçisi ilə müqavilə imzalayıb
- UEFA İnkişaf Turniri: Millimiz yenə uduzdu - YENİLƏNİB
- Ziyeşin İtaliya arzusu
- Azərbaycan Prezidenti: Bir neçə aydan sonra Ağdam şəhərində “İmarət” stadionunun yenidən inşasına başlanılacaq
- Boksçumuz Avropa birinciliyində erməni rəqibinə qalib gəldi və medalı təmin etdi
0
0