Ter Ştegen "Barselona"dan ayrıla bilər
24.02.2024 - 15:25
"Barselona" klubunun qapıçısı Mark-Andre ter Ştegen komandasını dəyişə bilər.
Apasport.az xəbər verir ki, alman qapıçı Səudiyyə Ərəbistanı çempionatının adı açıqlanmayan klubu ilə danışıqlara başlayıb.
Tərəflər razılaşarsa, müqavilə yay "transfer pəncərəsi"ndə tamamlana bilər.
Mark-Andre 2014-cü ildən "Barselona"da oynayır. Tərəflər arasında mövcud müqavilə 2028-ci ilin yayında başa çatır. Qapıçının transfer qiyməti 35 milyon avro olaraq qiymətləndirilir. Bu mövsüm Ter Ştegen Kataloniya nəhəngi üçün 20 oyun keçirib və 28 qol buraxıb.
- Prezident: “Əminəm ki, bundan sonra Minifutbol Federasiyamız da dövlət tərəfindən eyni qayğı ilə əhatə olunacaq”
- Levandovskidən “Fənərbaxça” iddialarına cavab
- Stolüstü tennisçilərimizdən beynəlxalq turnirdə uğurlu nəticə
- Yüksək Liqada növbəti turun oyun cədvəli bəlli olub
- "Neftçi" legionerini icarəyə verəcək: QƏRAR VERİLDİ
0
0