
Türkiyə Futbol Federasiyası (TFF) kritik qərar verməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, qurumun həyata keçirməyi hədəflədiyi qərarlardan biri də VAR qeydlərinin açıqlanmasıdır.
Federasiya İspaniya La Liqasında həyata keçirilən model əsasında sistem quracaq.
Bu məsələ ilə bağlı işlərini davam etdirən TFF, İspaniya La Liqasındakı kimi matçlar bitdikdən sonra VAR danışıqlarını dərc etməyi hədəfləyir. Sözügedən tətbiq üçün testlər davam edir.
Həmçinin, Almaniyada tətbiq edilən modelə əsaslanaraq, 5 nəfərlik idarə heyətində 3 nəfərin federasiya, 2 nəfərin isə klublar tərəfindən təyin olunduğu hakim idarəetmə sisteminin tətbiqinin planlaşdırıldığı bildirilib.
- Atletimiz Almaniyada beynəlxalq yarışda iştirak edəcək
- “Adana Demirspor” Şahruddin Məhəmmədəliyevin transferini açıqladı
- “Kəpəz”in kapitanı: “Neftçi” ilə matçdakı ilk qələbədən sonra demişdim ki…”
- AVF prezidenti Azərbaycanın voleybol yığmasının üzvləri ilə görüşüb
- Azərbaycan çempionatında 10 dəst medal sahibini tapdı