"Fənərbaxça"nın prezidenti Ali Koç klubun baş məşqçisi Joze Mourinyonun gələcəyi ilə bağlı danışıb.
Apasport.az xəbər verir ki, o, mütəxəssisin istənilən halda İstanbul təmsilçisində qalacağını deyib:
“Titul qazansaq da, qazanmasaq da, Joze Mourinyo öz vəzifəsini yerinə yetirməlidir. Onunla yolumuza davam edəcəyik. Bu sabitlik məsələsi çox vacibdir. Çünki biz komandaya keyfiyyətli mütəxəssisi gətirmişik”.
Mütəxəssis ötən ilin yayından "Fənərbaxça"nın baş məşqçisidir. Komanda hazırda Türkiyə çempionatının turnir cədvəlində 39 xalla 2-ci pillədə qərarlaşır. İstanbul klubu lider “Qalatasaray”dan 8 xal geri qalır.
- Adı "Fənərbaxça" ilə hallanan sabiq "Neftçi"li İtaliya yolunda
- Azərbaycan və San-Marino millilərinin ortaq şakəri, Niderland əks qütbdə
- Azər Əliyev Azərbaycan pasportu aldı
- Azərbaycan və Polşa arasında antidopinq sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- “Turan Tovuz” – “Traktor” oyununun tarixi bəlli olub