Tolissonun yeni klubu bilindi
30.06.2022 - 13:52
Korentin Tolisso karyerasını Fransa çempionatında davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi azad agent kimi “Lion”a keçəcək.
“Bavariya” ilə müqavilə müddəti başa çatan Fransa millisinin üzvü rəhbərliyin yeni sözləşmə təklifini rədd edib. Almaniya çempionu ilə artıq yollarını ayıran 28 yaşlı orta sahə oyunçusu sabiq komandası “Lion”la müqavilənin bütün detallarını razılaşdırıb.
Qeyd edək ki, “Lion”un yetirməsi olan Korentin Tolisso 2017-ci ildə “Bavariya”ya 41,5 milyon avroya transfer edilib.
- Ceyhun Sultanov: "Bordin peşəkar məşqçi idi"
- Ukraynalı futbolçu: “Bakı ailəmin təhlükəsiz yaşadığı gözəl şəhərdir” - MÜSAHİBƏ
- “Ferensvaroş” Bakıya yollandı
- Şeydayev debüt etdi, komandası qələbə qazandı
- Dövlət başçısı: “Komanda idman növlərinin inkişafı imkan verəcək ki, idmanın inkişafı hərtərəfli olsun”
0
0