Tonali meydana qayıdır
28.09.2022 - 15:07
“Milan”ın futbolçusu Sandro Tonali zədədən sonra meydana qayıtmağa hazırdır.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi növbəti oyunda “rossonyeri”nin formasını geyinə bilər.
Milanın eyniadlı təmsilçisi A seriyasının VIII turunda “Empoli” ilə qarşılaşacaq. Bu matç oktyabrın 1-də baş tutacaq.
Qeyd edək ki, Sandro cari mövsüm A seriyasında 6 oyuna çıxıb.
- Azərbaycanlı güllə atıcıları MDB Oyunlarını 3 medalla başa vurublar
- Həsrət Cəfərov yenidən dünya çempionatının finalında
- İki badmintonçumuz ilk dəfə dünya reytinqində "100-lük"də qərarlaşıb
- Ölkə çempionatı: 1/8 final mərhələsinin ilk partiyaları keçirilib - FOTO
- Lənkəranda Cənub Regional Boks Mərkəzinin açılışı olub
0
0