Tonaliyə 10 aylıq diskvalifikasiya
28.10.2023 - 16:39

“Nyukasl”ın futbolçusu Sandro Tonali 10 aylıq diskvalifikasiya olunub.
Apasport.az xəbər verir ki, bu barədə qərarı FİFA verib.
Buna futbolçunun qeyri-qanuni mərc oyunlarında iştirakda ittiham edilməsi səbəb olub. Onun cəza müddəti oktyabrın 27-də başlayır.
23 yaşlı yarımmüdafiəçinin cəzası bütün turnirlərə tətbiq ediləcək. 10 ay oynamayacaq Tonali AVRO-2024-dən də kənar qalacaq.
Qeyd edək ki, İtaliya Futbol Federasiyası mərc oyunlarda qanunsuz iştirak edən futbolçularla bağlı genişmiqyaslı araşdırmalara başlayıb.
- Ramin Quliyev: "Neftçi" onlardan istifadə etsə, “Qarabağ”a ən azı uduzmayacaq” - MÜSAHİBƏ
- “Fövqəladə hallar uşaqların gözü ilə” XII Respublika uşaq yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO
- Azərbaycan – Belarus oyununda yunan hakimlər
- “Napoli” “Fənər”in istədiyi forvardla maraqlanır
- "Fənərbaxça" baş məşqçisi ilə bağlı qərar verdi
0
0