“Top-5” liqaların lideri
31.08.2022 - 09:32

“Milan” İtaliya A seriyasının IV turunda səfərdə “Sassuolo” ilə qolsuz bərabərə qalıb.
Apasport.az saytının məlumatına görə, “rossonyerlər” 2022-ci ildə 14-cü dəfə bir matçı qol buraxmadan tərk etməyi bacarıb.
Bu göstəriciyə görə, Stefano Piolinin yetirmələri Avropanın “Top-5” liqasında yer alan klublar arasında liderdir. Onları “Real Sosyedad” (13), “Liverpul” (12), “Tottenhem” və “Mançester Siti” (11) izləyir.
Qeyd edək ki, A seriyasının növbəti turunda “Milan” sentyabrın 3-də “İnter”lə qarşılaşacaq.
- Regekampf irəlilədi, Qurbanov mövqeyini itirdi
- "Qalatasaray" "Qarabağ" üçün Türkiyədə son hazırlığını başa vurdu - FOTOLENT
- Azərbaycanlı hakimin adı Ginnes Rekordlar kitabına daxil edilib
- Paolo Maldini: "Heç vaxt başqa İtaliya klubu olmayacaq"
- "Qarabağ"da gözlənilməz ayrılıq - KARYERASINI AVROPADA DAVAM ETDİRƏCƏK
0
0