"Torino"nun qapıçısı "Çelsi" və "Siti"nin hədəfində
02.04.2025 - 10:18
İtaliys Seriya A təmsilçilərindən "Torino"nun qapıçısı Vanya Milinkoviç-Saviç İngiltərə Premyer Liqasına keçə bilər.
Apasport.az xəbər verir ki, onun transferində Londonun “Çelsi” və “Mançester Siti” klubları maraqlıdır.
28 yaşlı serb qolkiperin Turin klubu ilə müqaviləsində 20 milyon avroluq satınalma maddəsi var.
Qeyd edək ki, Milinkoviç 2017-ci ilin yayından "Torino"da çıxış edir. Bu mövsüm qapıçı 31 oyun keçirib və 34 qol buraxıb. 10 matçda qapısını toxunulmaz saxlayıb.
- Füzuli Məmmədov: “Hakimlər bizim matçlarda çox diqqətli olsunlar”
- FIFA reytinqi: Azərbaycan millisi mövqeyini qoruyub
- Qurban Qurbanov: “Buradan gedən futbolçuların 80 faizinin getməsini istəməmişəm”
- Qadın voleybolçular arasında Yüksək Liqaya start verilib - FOTO
- Premyer Liqa klubu hücumçusunu yenidən icarəyə verdi
0
0