Torres daha 2 il "Atletiko"da
31.05.2025 - 12:16
İspaniyanın "Atletiko" klubu B komandasının baş məşqçisi Fernando Torreslə bağlı qərar verib.
Apasport.az xəbər verir ki, La Liqa nəhəngi ispan mütəxəssisin müqaviləsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
41 yaşlı məşqçi ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanıb.
Qeyd edək ki, Fernando Torres 2021-ci ildən "Atletiko"nun akademiyasında çalışır. O, ötən ilin yayında B komandasının baş məşqçisi təyin olunub.
- "Bayer"in futbolçusu: "Bu qələbə bizim üçün çox dəyərlidir"
- AFFA-nın növbəti Konfransının gündəliyi açıqlanıb
- Klublar üçün danışılmış oyunlara qarşı sessiya təşkil olunub
- “Napoli”nin futbolçusu: “Qarabağ" keyfiyyətli komandadır”
- Azərbaycanın 3x3 basketbol millisi ilk dəfə FIBA Çempionlar Kubokuna qatılacaq
0
0