"Tottenhem" gözünü Fransaya çevirib
29.11.2023 - 20:16
"Tottenhem" müdafiə xəttini gücləndirir.
Apasport.az xəbər verir ki, London klubu "Nitsa"nın müdafiəçisi Jan-Kler Todibonun transferində maraqlıdır.
Fransa millisinin də şərəfini qoruyan futbolçunun hazırkı komandası ilə müqaviləsi 2027-ci ilə qədərdir. “Nitsa” 24 yaşlı arxa xətt oyunçusunu satmağa hazırdır. Premyer Liqa təmsilçisi bu keçid qarşılığında 40 milyon funt sterlinq ödəməli olacaq.
Qeyd edək ki, bu mövsüm 11 matçda iştirak edən Todibo 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- Musa Qurbanlı "Yurqarden"in iştirak ərizəsinə düşə bilmədi - Səbəb
- Acun Ilıcalı: “Qalatasaray” liqada açıq-aşkar irəli çəkilir"
- "Qarabağ"ın yeni qapıçısı: "Əsas heyətə düşmək üçün hər şeyi edəcəm"
- "Real"dan "Barselona"ya qarşı korrupsiya faktı ilə bağlı açıqlama
- “Sumqayıt” vacib qələbə qazandı - YENİLƏNİB
0
0