“Tottenhem” kanadalı hücumçu ilə maraqlanır
18.01.2026 - 09:46
“Yuventus”un hücumçusu Conatan David karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, bu barədə “TEAMtalk” məlumat yayıb.
“Tottenhem” kanadalı futbolçuya ciddi şəkildə maraq göstərir və onu cari transfer pəncərəsində heyətinə qatmaq niyyətindədir.
26 yaşlı forvard cari mövsümdə bütün turnirlərdə 26 oyuna çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun “Yuventus”la müqaviləsinin müddəti 2030-cu ilin ortalarına qədərdir.
- Xorvatiyalı qapıçı: “Gəncəni Zaqreblə müqayisə etmək çətindir” - MÜSAHİBƏ
- Növbəti 1/8 finalçılar: İngiltərə və ABŞ - YENİLƏNİB
- "Qarabağ"ın rəqibinin oyunçusuna adadan elçilər
- DÇ-dən sonra vida – Martinez Portuqaliyadan ayrılır
- İdmançının valideyni od püskürdü: Mənə əsəbiləşdilər, uşağımı millidən kənarlaşdırdılar
0
0