“Tottenhem” Lorisə əvəzləyici tapdı
11.04.2023 - 17:55
“Tottenhem” qapıçısı Uqo Lorisə əvəzləyici tapıb.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubu bu məqsədlə Aleks Meretin xidmətində maraqlıdır.
Londonlular “Napoli”nin 26 yaşlı qolkiperi yayda sıralarına qatmağı planlaşdırır. Neapollular onu 30 milyon avroya satmağa razıdır.
Qeyd edək ki, 36 yaşlı Loris “Tottenhem”də 11-ci mövsümünü keçirir. Fransalı 2012-ci ildə “Lion”dan transfer olunub.
- Ben Yedder rəsmən Türkiyə klubunda
- Azərbaycanlı qadın şahmatçı Ermənistan təmsilçisinə qalib gəldi
- Mahir Emreli: "Nə üçün mübarizə apardığımı hər kəsə göstərdim"
- Mükafatlandırma mərasimində qalmaqal: Medalı elə taxdı ki... - VİDEO
- Qurban Qurbanov: “Birdən-birə düşünülən fikirlərin hamısını həyata keçirmək asan deyil”
0
0