"Tottenhem" Ronaldonu transfer etmək istəyibmiş
01.04.2023 - 01:37

“Tottenhem Hotspur” ötən il Kriştianu Ronaldonu transfer etməyi düşünüb.
Apasport.az "Daily Mail"ə istinadən xəbər verir ki, klub prezidenti Daniel Levi ilə o vaxtkı baş məşqçi Antonio Konte arasında qeyri-rəsmi danışıqlar olub və bu danışıqlar zamanı portuqaliyalının mümkün transferi müzakirə olunub.
Sonda qərara gəlinib ki, bu, klub üçün ən yaxşı addım deyil.
Xatırladaq ki, noyabrda “Mançester Yunayted” qalmaqallı müsahibədən sonra Kriştianu Ronaldo ilə müqaviləyə xitam vermişdi. O isə dünya çempionatından sonra “Əl-Nəsr”ə keçmişdi.
- “Sumqayıt”ın baş məşqçisi: “Rotasiya ilə bağlı problemlər yaşadıq”
- Qurban Qurbanov: "İnanmıram ki, mənə AFFA-nın vitse-prezidenti postu təklif edilsin"
- "Tottenhem"ə qarşı oynamış sabiq "Qarabağ"lı: "O gündən bu günə çox şey dəyişib"
- Di Maria 5 il sonra ilk het-trikini edib
- "Neftçi"dən ayrıldı, İsrailə getdi
0
0