“Tottenhem” müdafiəçisi Pedro Porro ilə müqaviləni yeniləmək istəyir.
Apasport.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
London klubu Avropanın bir neçə komandasının maraq dairəsində olan ispaniyalı futbolçunu heyətdə saxlamağı planlaşdırır. Premyer Liqa təmsilçisi 26 yaşlı müdafiəçi ilə yeni sözləşmə imzalamaq niyyətindədir.
Porronun “Tottenhem”lə hazırkı müqaviləsinin müddəti 2028-ci il iyunun 30-na qədərdir. Klub anlaşmanı daha 2 il uzatmaq istəyir.
Qeyd edək ki, “Tottenhem” Pedro Porronu 2023-cü ilin yayında “Sportinq”dən 40 milyon avroya transfer edib. İspaniya millisinin üzvü 2025/26 mövsümündə 47 rəsmi matçda 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Barselona”nın prezidentindən rüşvət iddiasına cavab
- Şuşada keçiriləcək yarışın iştirakçıları Vüqar Həşimovun məzarını ziyarət ediblər
- MOK rəsmisi İstanbul-2027 Avropa Oyunlarının şef de-mission seminarına qatılıb
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- “Kəpəz” qalib gəldi, Zirədə heç-heçə - YENİLƏNİB