"Tottenhem"in futbolçusu Məhəmməd Kudus karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Atletiko" qanalı vingeri transfer etmək istəyir.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Madrid nəhəngi Kudusla 4,5 illik müqavilənin şərtlərini razılaşdırıb. "Atletiko" 25 yaşlı oyunçunun klubu ilə anlaşsa, keçid yayda baş tuutacaq.
Qeyd edək ki, "Tottenhem" Məhəmməd Kudusu 2025-ci ilin iyulunda "Vest Hem"dən 63 milyon avroya transfer edib. Qana millisinin üzvü London təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
- Azərbaycan çempionatında II dövrənin son oyunlarının vaxtı açıqlandı
- Arif Əsədov məlum təpiklə bağlı: “Loran Blan da Bartezin başından öpürdü” - MÜSAHİBƏ
- “Siti”nin futbolçusu “Nottingem Forest”də - RƏSMİ
- Avropa nəhəngləri 18 yaşlı yarımmüdafiəçi üçün mübarizə aparır
- "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun brifinqi olacaq