“Tottenhem”in istəyi
10.05.2023 - 17:45
“Tottenhem” yayda heyətə yeni qapıçı cəlb etmək istəyir.
Apasport.az saytı xəbər verir ki, ingilislər İtaliya “Napoli”sindən Aleks Meretə elçi düşüb.
London klubu qolkiperi 36 yaşlı Uqo Llorisin layiqli əvəzləyicisi kimi görür. “Tottenhem” Meretin transferi üçün yaxın günlərdə Neapol klubuna rəsmi təklif göndərməyi planlaşdırır.
Qeyd edək ki, 2019-cu ildən “Napoli”nin şərəfini qoruyan 26 yaşlı qapıçı bu mövsüm 32 matçda meydana çıxaraq, 23 qol buraxıb. “Transfermarkt” İtaliya millisinin də şərəfini qoruyan futbolçunun dəyərini 18 milyon avro qiymətləndirir.
- “Neftçi” Kvirkveliyanın müqavilə detallarını açıqladı
- Hücuma sürpriz namizəd
- Cüdoçumuz dünya çempionatında bürünc medal qazanıb
- Azərbaycan antidopinq sahəsində gender bərabərliyi standartlarının müəyyənləşməsinə rəhbərlik edir
- Murad Məmmədov: "Emin Mahmudov və Rəhman Hacıyevin oyunlarına baxa-baxa böyümüşəm" - MÜSAHİBƏ
0
0