“Tottenhem”in yarımmüdafiəçisi sıradan çıxıb
08.05.2025 - 00:37
İngiltərə Premyer Liqası təmsilçilərindən "Tottenhem"in heyətində ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Ceyms Meddison sıradan çıxıb.
İngiltərəli futbolçu dizindən zədə alıb. 28 yaşlı hücumameyilli yarımmüdafiəçi təxminən 3 ay yaşıl meydanlardan uzaq qalacaq.
Xatırladaq ki, "Tottenhem" Ceyms Meddisonu 2023-cü ildə "Lester Siti"dən transfer edib.
Qeyd edək ki, İngiltərə millisinin üzvü bu mövsüm London klubunun heyətində meydana çıxdığı 45 rəsmi matçda 12 qol, 11 assistlə yadda qalıb.
- 2-ci Liqada 1-ci dövrəyə yekun vurulub
- Hakim zədələndi - ABŞ - Avstraliya matçında maraqlı anlar
- Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə master klass başa çatıb
- "Barselona" sürprizə imkan vermədi: Növbəti 3 xal
- Azərbaycan Kuboku: "Şahdağ Qusar” və “Şəfa” növbəti mərhələdə - YENİLƏNİB
0
0