"Trabzonspor" "İnter"i məğlub etdi, yarımfinala yüksəldi
02.04.2025 - 08:55
"Trabzonspor"un U19 komandası UEFA Gənclər Liqasının 1/4 final mərhələsində "İnter"i qəbul edib.
Apasport.az xəbər verir ki, qarşılaşmada 1:0 hesabı ilə qalib gələn "Trabzonspor" yarımfinala yüksəlib.
Qələbə qolu 77-ci dəqiqədə oyuna yeni daxil olan Əkrəm Terzidən gəlib.
Qara dəniz təmsilçisi UEFA Gənclər Liqasının yarımfinalına gedən yolda liqa mərhələsini adlayan bütün İtaliya klublarını mübarizədən kənarlaşdırıb.
Qeyd edək ki, "Olimpiakos"u mübarizədən kənarlaşdıran "Zalsburq"un 19 yaşadək futbolçulardan ibarət komandası yarımfinalda "Trabzonspor"un rəqibi olub.
- “Arsenal”da ciddi itki - Mövsümü erkən bitirdi
- "Legioner limitini danışmaqdansa, uşaq futboluna baxmalıyıq" - Rahid Əmirquliyev
- Bakıda keçiriləcək UFC turnirinə 70-ə yaxın ölkədən azarkeşlər gələcək
- Bakı Olimpiya Stadionu ÇL-in final görüşünə ev sahibliyi edə bilər
- İsmail Kartal İranda ayın məşqçisi seçilib
0
0