"Trabzonspor"dan “Qalatasaray”a: Okan Buruk türk futbolçunu istəyir
07.01.2025 - 16:58
Türkiyə Super Liqası təmsilçilərindən “Qalatasaray” “Trabzonspor”la anlaşıb.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi Okan Burukun istəyi üzrə “Trabzonspor”dan Eren Elmalını transfer etməyə yaxındır.
İstanbul təmsilçisi Türkiyə millsinin üzvü üçün Qara dəniz komandasına 3-4 milyon avro arası ödəniş edəcək.
Qeyd edək ki, 24 yaşlı müdafiəçi bu mövsüm “Trabzonspor”un heyətində çıxdığı 19 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- Emrelinin müqavilə ilə məxsus olduğu klubun baş məşqçisi bilindi
- Mülki müdafiə qoşunlarında güləş üzrə birincilik keçirilib - FOTO
- Azərbaycan klubu braziliyalı futbolçunun transferini açıqlayıb
- Depay, yoxsa Obameyanq: “Barselona”dan kim gedəcək?
- Yüksək Liqa: Yarımfinal mərhələsinə bu gün start veriləcək
0
0