
Türkiyə millisinin üzvü Okay Yokuşlu yenidən legioner həyatı yaşaya bilər.
Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi İrana yollanmaq şansına sahibdir.
Belə ki, bu ölkənin iddialı klublarından olan “Persepolis” Yokuşlunu heyətinə qatmağı planlaşdırır.
İran klubunun baş məşqçisi İsmayıl Kartal təcrübəli futbolçunu sərəncamında görmək istədiyini özünə bildirib.
Amma hələ ki tərəflər arasında razılıq əldə edilməyib. Okay “Altay”, “Kayserispor”, “Selta”(Viqo), “Vest Bromviç”, “Xetafe” klublarında oynayıb. Onun “Trabzonspor”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
- “Mançester Yunayted” yarımmüdafiəçisini azad agent kimi buraxa bilər
- Qəzənfər Abbasov: "Görmüşük ki, məşq və oyun meydançası eyni olar, bizdə isə..." - MÜSAHİBƏ
- Çempion məşqçilər “Filadelfiya”nın hədəfində
- Yığmamız toplanışa start verdi
- Azərbaycan əsilli güləşçi Avropa çempionatında ilk medalını qazandı