Türamın rekordu yeniləndi
28.03.2023 - 11:03

Olivye Jiru Fransa yığmasının tarixinə düşüb.
Apasport.az saytının məlumatına görə, hücumçu XXI əsrdə millinin formasını rəsmi qarşılaşmalarda geyinən ən yaşlı sahə oyunçusu olub.
Jiru AVRO-2024-ün İrlandiya ilə seçmə matçında (1:0) iştirak edib. O, 36 yaş 178 günlüyündə meydana çıxıb.
Olivye Lilian Türamın rekordunu qırıb. Sabiq müdafiəçi 36 yaş 164 günlüyündə milli forma geyinib.
Qeyd edək ki, Jiru yığmadakı 121 oyunda 53 qol vurub.
- "Sabah" - "Kəpəz" görüşünün biletləri satışda
- "Milan"ın baş məşqçisi vəzifəsinə yeni namizəd
- 4 oyun, 0 qol, 0 xal: "Səbail" 3 xalı 4 qolla qazandı
- Deni Qaysumov: "Yeni baş məşqçi əcnəbi olacaqsa Murad Musayev olsun" - Açıqlama
- "Tottenhem"dən "Mançester Siti"yə "soyuq duş", "Arsenal" və "Çelsi"dən qələbə
0
0