Türk futbolçu “Bayern”i tərk edir
03.07.2024 - 15:33

“Bayern Münhen” gənc istedadlarından Yusuf Kabadayı ilə yollarını ayırır.
Apasport.az xəbər verir ki, 20 yaşlı türkiyəli futbolçu “Auqsburq”un heyətinə qoşulacaq.
Bu transferdən “Bayern”in büdcəsinə 900 min avro ödəniş daxil olacaq.
Yusuf Kabadayının “Auqsburq”la müqavilə müddəti 2028-ci ilə qədər nəzərdə tutulub. Sol cinah vingeri “Bayern”in yetirməsidir və “Auqsburq”a Münhen təmsilçisinin ikinci komandasından transfer ediləcək.
Qeyd edək ki, Kabadayı əslən türkiyəli olsa da, hələ ki milli komanda seçimini etməyib.
- "Kəpəz" "Sabah"ın futbolçusunu yenidən icarəyə götürüb
- Cüdoçularımız Olimpiya təlim-məşq toplanışında iştirak edirlər
- Rail Məlikov: “De Byazinin yerinə xarici məşqçi gətirəcəyiksə, elə özü qalsa yaxşıdır” - Müsahibə
- Yüksək Liqada XI tura yekun vurulacaq
- “Milli Aviasiya Akademiyası” heyətinə 2 yeni voleybolçu qatıb
0
0