Türkiyə - İslandiya matçı alban hakimə tapşırıldı
06.09.2024 - 14:51

UEFA Millətlər Liqası çərçivəsində keçiriləcək Türkiyə-İslandiya matçı albaniyalı hakimə tapşırılıb.
Apasport.az xəbər verir ki, qarşılaşmanı Albaniya Futbol Federasiyasından Enea Jorgji idarə edəcək.
Denis Rexa və Ridiqer Çokaj isə Jorgjinin köməkçiləri olacaq.
Bakı vaxtilə saat 22:45-də keçiriləcək matçın dördüncü hakimi Eldorjan Hamiti olacaq.
Qeyd edək ki, Türkiyə sentyabrın 9-da İzmirdəki "Gürsel Aksel Stadionu"nda İslandiyanı qəbul edəcək.
- Sumqayıt, Masazır, indi də bura - Milli komanda Macarıstana qarşı
- ÇL: “Barselona” “Bavariya”nı darmadağın etdi, “İnter” son dəqiqədə 3 xal qazandı - YENİLƏNİB
- Ramil Şeydayev: “Olimpiakos” revanş almaq istəyir"
- Azərbaycanlı FİFA referisi Yunanıstan Superliqasına təyinat aldı
- Blaqoya Milevski: "Azərbaycanla matçda müsbət nəticə qazanacağımıza inanırıq
0
0