Türkiyə Kuboku: "Trabzonspor"dan sürpriz xal itkisi
05.02.2025 - 16:15
Futbol üzrə Ziraat Türkiyə Kubokunda 2-ci turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, "Trabzonspor" səfərdə "İskenderunspor"un qonağı olub.
Super liqada uğursuz çıxış edən Qara dəniz təmsilçisi asan görünən kubok matçında da qələbə qazana bilməyib.
4 qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib: 2:2.
Bu nəticədən sonra qonaqlar xallarının sayını 4-ə, "İskenderunspor" isə 2-ə yüksəldib.
Ziraat Türkiyə Kuboku
İskenderunspor - Trabzonspor 2:2
Qollar: M. Beşir, 27, 55, Batagov, 50, E.Destan, 70
- “Marsel”in müdafiəçisi “Beşiktaş”da çıxış edə bilər
- Millimiz Macarıstanda beynəlxalq turnirdə iştirak edəcək
- Türkiyə klublarının avrokubok matçlarının baş hakimləri bəlli olub
- İlham Yadullayev: "Uşaqların turnirdəki ümumi çıxışından razı qaldıq"
- "Real"dan "Barselona"ya qarşı korrupsiya faktı ilə bağlı açıqlama
0
0