Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan, lakin təxirə salınan Türkiyə Superkubok matçının tarixi məlum olub.
Apasport.az xəbər verir ki, bu barədə "Fənərbaxça"nın prezidenti Ali Koç yerli mediaya açıqlama verib.
Ali Koç Superkubok matçının yerli seçkilərdən sonra baş tutacağını açıqlayıb: "Qarşılaşmanın apreldə oynanacağı dəqiqdir. Biz də öz planımızı qurmaq üçün gözləyirik. Hələ ki, TFF-dən dəqiq tarix bildirilməyib".
Qeyd edək ki, dekabrın 29-da Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan "Fənərbaxça" - "Qalatasaray" derbisi ev sahibi ölkənin absurd tələblərinə görə son anda baş tutmayıb.
- "Qarabağ" Çempionlar Liqasıyla vidalaşdı - YENİLƏNİB
- Amil Ramazanov: "Yarış mənim üçün gərgin və maraqlı keçdi"
- "Real" mövsümə heç-heçə ilə başladı
- Nadir Nəbiyev: "Runi Eva ilə razılıq əldə edə bilməsək, digər futbolçulara baxacağıq" - MÜSAHİBƏ
- "Fənər"də 2 itki birdən: Cavab matçında iştirak etməyəcəklər