Dünyanın ən böyük azarkeşlə əlaqə platforması kimi tanınan “socios.com” maraqlı araşdırma aparıb.
Apasport.az saytının məlumatına görə, adıçəkilən qurum Türkiyə fanatlarının xəritəsini cızıb.
Araşdırma nəticəsində Türkiyədə ən çox dəstəklənən xarici klubların adları müəyyənləşib. Məlum olub ki, qardaş ölkədə ən çox sevilən xarici klub “Real”dır. Sorğuda iştirak edənlərin 17 faizi “kral klubu”nu dəstəklədiyini söyləyib.
Madrid təmsilçisini müvafiq olaraq “Liverpul” və “Barselona” izləyir.
1. “Real” - 17 faiz
2. “Liverpul” - 16,9
3. “Barselona” - 11,6
4. “Mançester Yunayted” - 10
5. “Bavariya” - 5,9
6. “Mançester Siti” - 5,1
7. PSJ - 4,9
8. “Çelsi” - 4,6
9. “Borussiya” (Dortmund) - 4,5
10. “Yuventus” - 2,5
11. “Milan” - 2,1
12. “Arsenal” - 1,9
13. “İnter” - 1,4
14. “Tottenhem” - 0,8
15. “Atletiko” - 0,6
16. “Ayaks” - 0,5
17. “Roma” - 0,5
18. “Lill” - 0,5
19. “Napoli” - 0,5
20. “Lester” - 0,3
- Üçqat Paralimpiya çempionu yeniyetmə və gənc paraüzgüçülərlə görüşüb
- Sabiq "Barselona"lı məhkəmə qarşısında - 9 ilədək həbs...
- "Qarabağ"ın İtaliya klubu ilə münasibətləri strateji tərəfdaşlığa çevrilir
- "Qalatasaray"ın sabiq futbolçusu klubunu dəyişib
- Avropa klubları millimizin üzvü ilə maraqlanır - Özəl