Türkiyəli hakim vəfat edib
25.04.2024 - 12:58
Türkiyəli futbol hakimi Yusuf Bulut vəfat edib.
Apasport.az yerli mətbuata istinadla xəbər verir ki, qaçış sahəsində məşq edən 37 yaşlı Yusuf Bulut qəfil yerə yıxılıb.
Hadisəni görən dostları vəziyyəti 112 təcili tibbi yardım və polis qruplarına xəbər verib. Hadisə yerinə gələn təcili tibbi yardım briqadası Yusuf Bulutu ilk tibbi yardımdan sonra Turqutlu Dövlət Xəstəxanasına aparıb.
Turqutlu mahalının məşhur simalarından olan gənc hakim Yusuf Bulut bütün müdaxilələrə baxmayaraq həyatını itirib.
- Stefan Kenni: "Məğlub olsaq, normal qarşılayacağıq"
- "Tottenhem" heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir
- Azərbaycan Atıcılıq Federasiyası Anlaşma Memorandumu imzalayıb
- Azərbaycanın Macarıstandakı səfiri millimizin üzvləri ilə görüşüb
- İdmançının valideyni od püskürdü: Mənə əsəbiləşdilər, uşağımı millidən kənarlaşdırdılar
0
0