Tuxelə ödəniləcək kompensasiya
07.09.2022 - 23:14
“Çelsi”nin sabiq baş məşqçisi Tomas Tuxelə ödəyəcəyi kompensasiyanın məbləği bəlli olub.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubu almaniyalı mütəxəssisi istefaya göndərdiyi üçün ona 13 milyon funt sterlinq ödəyəcək.
Bu vəsait qarşılığında müqaviləyə vaxtından əvvəl xitam verilib. Təkcə Tuxel deyil, onun vəzifəsindən azad edilən köməkçiləri də kompensasiya alacaq. Onun ştabında yer alan çalışdırıcıların təzminatı 2 milyon təşkil edəcək.
Qeyd edək ki, İngiltərə klubu Çempionlar Liqasında Zaqreb “Dinamo”suna 0:1 hesabı ilə uduzduqdan sonra Tuxellə yollarını ayırıb.
- "Liverpul" macarıstanlı yarımmüdafiəçi ilə anlaşdı
- "Qarabağ" bu göstəricidə "Neftçi"ni qabaqladı - LİDER OLDU
- Samir Musayev: “Qarabağ” oyun baxımından Avropanın bəzi komandalarını qabaqlayır"
- 3 qılıncoynadanımız Dünya Kubokunun əsas mərhələsində
- III Xankəndi Ultramarafonu: üçüncü mərhələnin qalibləri bəlli olub
0
0