Uğursuzluq ona bağışlanılmadı
20.07.2023 - 01:18
Stanislas Çerçesov “Ferentsvaroş”un baş məşqçisi vəzifəsini tərk edib.
Apasport.az saytı xəbər verir ki, Macarıstan çempionu bu barədə rəsmi məlumat yayıb.
Çempionlar Liqasının I təsnifat mərhələsindəki uğursuzluq rusiyalı baş məşqçiyə bağışlanılmayıb. “Ferentsvaroş” Farer adaları çempionu ilə oyunlarda gözləniləmədən mübarizəni dayandırıb. Komanda öz meydanında “Klaksvik”ə 0:3 hesabı ilə uduzub. Çerçesov oyundan dərhal sonra istefa verib.
Qeyd edək ki, 2021-ci ildən “Ferentsvaroş”a rəhbərlik edən Çerçesov komandanı iki dəfə Macarıstan çempionu edib.
- Siyasət Əsgərov: "Sumqayıtda oynamaq şərəfdir"
- Avropa çempionatı: Hidayət Heydərov millinin heyətindən çıxarılıb
- Millimizin kapitanı: “Təşkilatçılıqla bağlı başqa çətinlik var”
- "Beşiktaş" son dəqiqələrdə xal itirdi
- "Qalatasaray" əfsanəsinin vəfatından 74 il ötür: "Məqsədimiz Türk olmayan klubları məğlub etməkdir"
0
0