Ulduz müdafiəçi "Real"ı tərk edə bilər
03.04.2025 - 16:16
Avstriyalı müdafiəçi David Alaba "Real Madrid"i tərk edərək karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, bu barədə “Todofichajes” portalı məlumat yayıb.
Mənbənin məlumatına görə, 32 yaşlı futbolçunun xidmətində Səudiyyə Ərəbistanı klubları maraqlıdır.
Alabanın "Los Blancos"la hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. "Transfermarkt" müdafiəçinin bazar dəyərini 10 milyon avro olaraq qiymətləndirir.
Son zamanlar David tez-tez zədələnir. İspaniya çempionatının cari mövsümündə müdafiəçi cəmi 5 oyun keçirib.
- Millimizin daha bir rəqibi bəlli olub
- “Jelezniçar” “Neftçi”yə rəqib oldu
- "Kyeza "Liverpul"dan ayrılmaq istəyir" – İtalyan ulduzun gələcəyi sual altındadır
- Türkiyə Futbol Federasiyasından "Ali Koç hadisəsi"ylə bağlı açıqlama
- İdmançılarımız Türkdilli Dövlətlərin III Universiadasını 9 medalla başa vurublar - FOTO
0
0