İstanbul Baş Prokurorluğu tərəfindən məşhurların iştirakı ilə bağlı aparılan narkotik istintaqı davam edir.
Apasport.az xəbər verir ki, istintaq çərçivəsində saxlanılan “Qalatasaray”ın sabiq futbolçusu Ümit Karanın qan nümunələri Məhkəmə-Tibbi Ekspertiza Qurumu tərəfindən yoxlanılıb.
49 yaşlı veteran futbolçunun qan və sidik nümunələri üzərində aparılan analizlərin nəticələrinin müsbət olduğu bildirilib.
Qeyd edək ki, bir neçə gün əvvəl “narkotik maddələrin təmin edilməsi” və “narkotik maddələrdən istifadəyə kömək” ittihamları ilə polis tərəfindən Sabiha Gökçen adına İstanbul Hava Limanında saxlanılan Ümit Karan barəsində həbs qətimkan tədbiri seçilib.
- "Turan Tovuz" Özbəkistan klubu ilə qarşılaşacaq
- “Mançester Siti” eyni anda 4 "Jirona"lı ilə maraqlanır
- Regekampf: “Söz verə bilərəm ki...” - MÜSAHİBƏ
- Azərbaycanın güləş yığmaları mühüm yarışlara müxtəlif məkanlarda hazırlaşır
- Azər Bağırov: "DAK Dunayska Streda" "Şerif"dən zəif komanda deyil" - Müsahibə