Van Bronkxorst “Feyenoord”a qayıtdı - 2+1 illik müqavilə
17.06.2026 - 23:59
“Feyenoord” baş məşqçi postuna Covanni van Bronkxorstu təyin edib.
Apasport.az xəbər verir ki, Rotterdam klubu 51 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalayıb.
Sözləşmədə daha 1 il uzatma bəndi də var.
Van Bronkxorst bu postda Robin van Persini əvəzləyib. Onun köməkçisi Sipke Hulshoff olacaq.
Qeyd edək ki, Van Bronkxorst daha əvvəl 2015-2019-cu illərdə də “Feyenoord”u çalışdırıb.
O, həmin dönəmdə komanda ilə 2017-ci ildə Niderland çempionu olub, 2 dəfə ölkə kubokunu, 2 dəfə isə Superkuboku qazanıb.
- Zakkeroni reanimasiyaya yerləşdirildi – huşunu itirdi
- Azərbaycanın U-20 basketbol millisi ilk dəfə Avropa çempionatında çıxış edəcək
- Samir Abasov: “Kameranı söndürün, qadınlar çıxsın, mən danışım”
- Ölkə birinciliyi: 5 çəki dərəcəsində medalçılar bəlli olub - FOTO
- Dursun Özbekdən oyunçulara jest: "Liverpul"u keçsəniz...
0
0